Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Şəfaqət Alışanova karyerasını Macarıstanda davam etdirəcək.
Sportarena.az xəbər verir ki, millimizin üzvü "Yasberen" klubu ilə müqavilə imzalayıb. 28 yaşlı voleybolçu 2019/20 mövsümünün sonunadək macar klubunda çıxış edəcək.
Qeyd edək ki, Şəfaqət Alışanovanın son klubu Polşa təmsilçisi "Radomka" olub. O, əvvəllər Bakının "Lokomotiv", "Azəryol" və "Azərreyl" klublarında çıxış edib.