“Bakıda final oynamaq xüsusi olar” - “Arsenal”ın hücumçusu

11:09 3 May 2019

“Arsenal”ın futbolçusu Alekasndr Lyakazett Avropa Liqasının yarımfinal mərhələsinin “Valensiya”ya qaşrı ilk matçından (3:1) sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, fransalı hücumçu Bakıda final oynamağı arzuladığını söyləyib:
 
 

“Valensiyada bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Ona görə də mümkün qədər çox qol vurmaq istəyirdik. Real imkanları qaçırdım. Yaxşı ki, Obameyanq 3-cü qolu vurdu. Çempionlar Liqasında oynamaq üçün Avropa Liqasını qazanmaq üçün istəyirik. Həm Premyer Liqanı ilk “4-lük”də tamamlamaq, həm də Bakıda final oynamaq xüsusi olar”.
 

Avroliqanın final matçı mayın 29-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti