Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirinin mükafat fondu məlum olub.
Sportarena.az xəbər verir ki,mükafat fondu 154 min dollar olacaq.Beynəlxalq Cüdo Federasiyası tərəfindən təsdiq olunmuş mükafat fonduna əsasən 14 çəki dərəcəsi (yeddi kişi və yeddi qadın cüdoçu) üzrə hər qalibə üç il əvvəl Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirində olduğu kimi, beş min dollar veriləcək.Gümüş medalçıların hər birinə üç min dollar təqdim ediləcək. 28 bürünc medalçının hər biri isə 1500 dollara sahib çıxacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri 10-12 may tarixlərində keçiriləcək. 13-14 may tarixlərində isə paracüdo üzrə Qran Pri yarışı start götürəcək. Həmin turnirin mükafat fondu isə 27 300 dollardır. (oxu.az)