Çempionluq mübarizəsi aparan “Qalatasaray” növbəti mövsümün transfer çalışmalarına başlayıb.
Sportarena.az xəbər verir ki, İstanbul klubu “Beşiktaş”ın sabiq futbolçusu Rayan Babellə danışıqlar aparır.Bu iddia ilə “Sky Sports” çıxış edib. İddiaya görə, tərəflər arasında 2+1 illik sözləşmə bağlanılacaq. Babelin illik maaşı 2,4 milyon avro olacaq.
Qeyd edək ki, Babel hazırda İngiltərənin “Fulhem” klubunda çıxış edir. O, mövsümün sonunda sərbəst qalacaq.