"Qarabağ"ın futbolçusu qol rekordunu qırdı

16:00 3 May 2019

Azərbaycanın futbol üzrə aşağı liqalarında qol rekordu qırılıb.

 

Sportarena.az aut.az-a istinadən xəbər verir ki, bu uğura "Qarabağ"ın U-14 komandasının üzvü Qarayev Amin İlqar oğlu ima atıb.Gənc futbolçu meydana çıxdığı 27 oyunda 64 qola imza atıb. Bununla da futbolçu Pilağa Mehdiyevin 1999-cu ildəki rekordunu qırıb. Həmin vaxt Pilağa 52 qol vuraraq rekord müəllifi olmuşdu.

 

Amin Qarayev ən məhsuldar oyunçu olaraq AFFA tərəfindən xüsusi diplomla təltif edilib.

 

Qeyd edək ki, U-14 liqasında çempion "Sabah" olub. "Binə" ikinci, "Qəbələ" üçüncü yeri tutub. Amin Qarayevin komandası "Qarabağ" isə 4-cü yerlə kifayətlənib.


Digər xəbərlər

Xəbər xətti