U-15 Liqasının qaliblərinə mükafatlar təqdim olundu - FOTOLAR

19:17 3 May 2019

Bu gün AFFA-nın inzibati binasında U-15 Liqasının 2018/19 mövsümündə yüksək yerləri tutan komandaların mükafatlandırma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” komandasının üzvü Ərtoğrul Quliyev liqanın ən yaxşı qapıçısı, “Səbail”dən Nicat Quliyev isə ən yaxşı oyunçusu seçilib. Mövsüm ərzində 45 qol vurmuş Oruc Məmmədov (“Neftçi”) liqanın bombardiri olub.  

 

“Sabah”, “Qəbələ” və “Neftçi” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. “Neftçi” komandasına kubok təqdim edilib.

 

Mükafatları ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov və şaq və Gənclər liqaları üzrə Yarışların təşkili şöbəsinin rəhbəri Yusif Vəliyev təqdim ediblər.



Digər xəbərlər

Xəbər xətti