İtaliya A Seriyasında XXXV tura start verilib.
Sportarena.az xəbər verir ki, çempion "Yuventus" Turin derbisində şəhərin digər təmsilçisi "Torino"nu qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qarşılaşmada hesabı qonaqlar açıb. Matçın 18-ci dəqiqəsində "Torino"nun yarımmüdafiəçisi Saşa Lukiç fərqlənib. "Yuventus" məğlubiyyətdən oyunun 84-cü dəqiqəsində Kriştiano Ronaldonun başla vurduğu qol sayəsində yaxa qurtara bilib.
Artıq çempionluğu təmin etmiş "Yuventus" bu heç-heçədən sonra xal ehtiyatını 89-a çatdırıb, "Torino" 57 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Eyni zamanda Ronaldo İtaliya A Seriyasında vurduğu qolların sayını 21-ə çatdıraraq, bombardirlər yarışında 2 və 3-cü pillədə qərarlaşan Duvan Sapata və Kşiştof Piontek ilə top sayını eyniləşdirib. Siyahıya 23 qolla Fabio Kualyarella başçılıq edir.