Azərbaycanın I diviziondunda XXV tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, səfərdə "Qaradağ Lökbatan"a 2 cavabsız qolla qalib gələn MOİK çempionluğunu rəsmiləşdirib. Ordu klubu sona 1 tur qalmış ən yaxın izləyicisi "Sumqayıt-2"ni 3 xal qabaqlayır. Sonuncu - 26-cı turda xallar bərabərləşsə belə, şəxsi oyunlarda rəqibindən üstün olan MOİK zirvədəki yerini qoruyacaq.
"Sumqayıt-2” "Zirə-2”-ni 4:2 hesabı ilə məğlub etsə də, çempionluğa olan nəzəri şanslarını da itirib. Lakin ən yaxın izləyicisini 10 xal qabaqlayan sumqayıtlılar 2-ciliyi sığortalayıb.
Turun digər görüşlərində isə aşağıdakı nəticələr qeydə alınıb.
I divizion
2018/19 mövsümü
II dövrə, XXV tur
4 may
Qaradağ Lökbatan - MOİK 0:2
Qollar: Bahadur Həziyev, 9 Orxan Həsənov, 73.
Keşlə-2 - Şüvəlan 1:0
Qol: Elmir Rəhimzadə, 58.
Zirə-2 - Sumqayıt-2 2:4
Qollar: Müşfiq İlyasov, 61; 75 - Fərid Kərimzadə, 4; 11. Ülvi Əliyev, 9. Emin Zamanov, 41.
Turan Tovuz - Səbail-2 2:2
Qollar: İlkin Sadıqov, 65; 73 - Təyyar Məmmədov, 32. Xəlil Bəşirov, 84.
Kəpəz - Ağsu 4:1
Qollar: Oqtay Məmmədov, 30; 41. Əli Səmədov, 35. Ümid Əhmədov, 90+3-pen - Ramil Əliyev, 63.
Sabah-2 - Qarabağ-2 0:1
Qol: Cavid Bayramov, 88-pen.
Zaqatala - Neftçi-2 1:1
Qollar: Ramin Əhmədov, 90+7 - Əlibəy Məmmədli, 73.