Rüfət Dadaşov 90 dəqiqə oynadı, komandası qələbə qazandı

20:29 4 May 2019

Almaniyanın II Bundesliqasında XXXVI turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" klubu səfərdə "Hallaşer"lə qarşılaşıb.Görüş Münster təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətdə başlayan Rüfət 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Proyssen" klubu 36 turdan sonra 52 xalla 6-cı pillədə qərarlaşıb. "Hallaşer"in isə 60 xalı var və 4-cüdür.


Digər xəbərlər

Xəbər xətti