İngiltərə Premyer Liqasında 37-ci turun daha bir oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, "Liverpul" səfərdə "Nyukasl"la qarşılaşıb. Matçda qapılara 5 top vurulub və sonda "Liverpul" 3:2 hesablı qələbə qazanıb.
Bildirək ki, bu qələbə ilə xalını 94-ə çatdıran mersisaydlılar liderliyə yüksəlib. "Nyukasl" isə 42 xalla 14-cü pillədə qalıb.