Xorvatiyanın Split şəhərində keçirilən "Dalmatinko Cup”da iştirak edən "Sabah”ın U-12 komandası turnir çərçivəsində daha 2 oyun keçirib.
Sportarena.az xəbər verir ki, Samir Əbdürəhmanovun yetirmələri əvvəlcə Xorvatiyanın "Primorats-2” komandası ilə qarşılaşıb. Görüş təmsilçimizin minimal hesablı (1:0) qələbəsilə nəticələnib. Matçda yeganə qola Amur Yusifov imza atıb.
"Sabah" daha sonra Polşa "Qurnik Zabrje”si ilə qolsuz bərabərə qalıb (0:0).Bu nəticələrdən sonra "Sabah” qrup mərhələsini lider kimi başa vurub.
Xatırladaq ki, komandamız qrupdakı əvvəlki oyunlarında "Hayduk”a (1:0) və "İmotski”yə (2:0) qalib gəlmişdi.