"Bizə sağlam futbolçular lazımdır" - "Qəbələ"nin baş məşqçisi

23:03 5 May 2019

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı mütəxəssis oyunu şərh edib: “Son ev oyunumuz idi. Qalib gəlmək, son turadək mübarizə aparmaq istəyirdik. Amma alınmadı. Dörd gündən bir oynamaq bir az yorğunluq yaratmışdı. Bir neçə futbolçuya istirahət vermişdik. İlk yarıda durğun olsaq da, qol imkanı da yaratdıq. Biz imkanı qaçırsaq da, “Neftçi” hesabı açdı. Futbol belədir. İkinci hissədə dəyişikliklər etdik. Oyunun axarını dəyişmək istəyirdik. Futbolçular pis təsir bağışlamadı. İrəli baxmaq lazımdır. Məğlubiyyət həmişə pisdir. Çalışacağıq ki, son oyunda bu səhvləri etməyək. Kubokun finalına yüksəlmişik, futbolçular böyük iş görüblər. Bizə pozitivlik lazımdır. Futbolçulara sonadək mübarizə aparmağı aşılamağa çalışmışdıq. Amma zədələrdən ehtiyatlanırdıq. Bəhlul Mustafazadənin ayağında ağrılar olduğu üçün əvəzləndi. Bizə sağlam, tapşırığı yerinə yetirən futbolçular lazımdır. Çalışacağıq ki, “Sumqayıt”la həm son turun, kubokun oyununa eyni heyətlə çıxaq”. 


Digər xəbərlər

Xəbər xətti