"Qarabağ” iki futbolçusu ilə müqaviləni yeniləyib.
Sportarena.az xəbər verir ki, ötən gün 7-ci çempionluğunu rəsmiləşdirən Ağdam təmsilçisi yarımmüdafiəçilər Miçel Madera və Qara Qarayevlə yollarını davam etdirəcək. Futbolçularla iki illik müqavilə imzalanıb. Hər iki oyunçunun əvvəlki sözləşməsi bu mövsümün sonuna qədər idi.
Qeyd edək ki, ispaniyalı Miçel 2015-ci ildən "Qarabağ”da çıxış edir. Millimizin üzvü Qara Qarayev isə Ağdam klubunun yetirməsidi. (qol.az)