Orxan Sadıqlı 72-ci "Zirə"li oldu

13:35 6 May 2019

Azəbaycan Premyer Liqasının 27-ci turu “Zirə”də debütlə əlamətdar olub.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, “Keşlə”ylə səfər matçında (3:1) start heyətində yer alan Orxan Sadıqlı, “qartallar”ın formasında ilk oyununu keçirib. O, klub tarixinə Premyer Liqada forma geyinən 72-ci futbolçu kimi düşüb. Orxana qədər 71 oyunçu çempionatın yüksək dəstəsində “Zirə”nin şərəfini qoruyub.

 

Sadıqlı “Zirə”nin Premyer Liqadakı futbolçuları arasında 4-cü qapıçıdır. Onadək üç qolkiper “qartallar”ın uğurları üçün çalışıb. Bunlar Anar Nəzirov, Kamal Bayramov və Abdulla Seyidəhmədovdur.


Digər xəbərlər

Xəbər xətti