“Qarabağ” üçün 7 potensial rəqib

13:48 6 May 2019

2019/2020 mövsümündə Çempionlar Liqasında iştirak edəcək Azərbaycan çempionu “Qarabağ” mübarizəyə I təsnifat mərhələsində başlayacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu güclü klubların yer aldığı “səpələnmişlər” səbətində olacaq. “Köhlən atlar” I mərhələdə “səpələnməmişlər” səbətində olan klubla qarşılaşacaq. Artıq “səpələnməmişlər” səbətində yer alan 7 klub bəllidir.
 

"Səpələnmişlər": "Seltik" (Şotlandiya - 31 000), BATE (Belarus - 27 500), "Astana" (Qazaxıstan - 27 500), APOEL (Kipr - 25 500), "Qarabağ" (Azərbaycan - 22 000), "Srvena Zvezda" (Serbiya - 16 750), "Makkabi Təl-Əviv" (İsrail - 16 000), "Şerif" (Moldova - 12 250), "Rusenborq" (Norveç - 11 500), HİK (Finlandiya - 9 000), "Dandalk" (İrlandiya - 7 000)
 

"Səpələnməmişlər": "Ferensvaroş" (Macarıstan - 3 500), "Nomme Kalyu" (Estoniya - 3 500), "Valyur" (İslandiya - 2750), "Linfild" (Şimali İrlandiya - 2 250), "Torshavn" (Farer adaları - 1 500), "Riqa" (Latviya - 1 125), "Saburtalo" (Gürcüstan - 0,950), Monteneqroda çempion bəlli deyil.
 

14 klubun isə yer alacağı səbət isə hələ bəlli deyil: TNS (Uels - 6 000), "Şkendiya" (Makedoniya - 6 000), "Slovan" (Slovakiya - 6 000), AİK (İsveç - 5 500), "Suduva" (Litva - 4 250), "Valetta" (Malta - 4 250), Rumıniya, Polşa, Bolqarıstan, Sloveniya, Albaniya, Bosniya və Herseqovina, Ermənistan və Lüksemburq çempionları.
 

I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq. Bu mərhələnin ilk oyunları iyulun 9-10-da baş tutacaq. Cavab oyunları isə 1 həftə sonra reallaşacaq.


Digər xəbərlər

Xəbər xətti