Almaniya II Bundesliqasında XXXII turunda "Aue" səfərdə "Reqensburq"u 3:1 hesabı ilə məğlub edib.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarov 60-cı dəqiqədə, hesab 1:1 olarkən meydana daxil olub. Cəmi 1 dəqiqə sonra isə yığmamızın üzvü penaltidən komandasını önə keçirib. Bununla da azərbaycanlı futbolçu maraqlı göstəriciyə imza atıb.
Bu barədə məlumatı klubun baş məşqçisi Daniel Meyer verib. O, Nazarovun çempionatda 11 metrlik cərimə zərbəsindən yararlanan ən qüsursuz futbolçu olduğunu bildirib: “13 penalti, 13 qol. Nazarov Bundesliqa 2-də bu nöqtədən topu çərçivəyə göndərə bilən ən qüsursuz futbolçudur. Bu, çox yaşı təsadüfdür: Oyuna daxil olur və penalti. Nöqtəyə yaxınlaşmaq istəyəndə məsuliyyəti öz üzərinə götürə biləcək bir üz gördüm”.