“Beşiktaş”ın prezidenti Fikrət Orman məhkəməyə verilib.
Sportarena.az xəbər verir ki, “Beş E Mek” inşaat şirkəti klub rəhbərindən şikayətçi olub.Fikrət Ormanın 31 dekabr tarixində adıçəkilən holdinqə təqdim etdiyi 3 milyon 777 min lirəlik çek bank tərəfindən etibarsız hesab olunub.
Bu səbəbdən də “Beş E Mek” “qara qartallar”ın prezidentini məhkəməyə verib. İstanbul İcra Cəza Məhkəməsində məsələ ilə bağlı cinayət işi başladılıb.