"Səbail" ukraynalı qapıçı ilə bağlı qərar verdi

17:58 6 May 2019

"Səbail" qapıçısı Aleksandr Rıbka ilə bağlı qərarını verib.

 

Sportarena.az xəbər verir ki, Ukrayna millisinin sabiq üzvü klubda saxlanılıb. Bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumatda bildirilir ki, 32 yaşlı qolkiperlə müqavilənin müddəti iki illik uzadılıb. 

 

Qeyd edək ki, Aleksandr Rıbka bu ilin yanvarında Türkiyənin "Afyonspor" klubundan "Səbail"ə keçib. O, ölkəmizdə 11 oyun keçirib və 13 qol buraxıb. Qolkiper əvvəllər vətənində "Dinamo" (Kiyev), "Obolon", "Şaxtyor" (Donetsk) və Türkiyədə "Karabükspor" klublarında forma geyinib. 


Digər xəbərlər

Xəbər xətti