AFFA-dan "Qarabağ"ın futbolçusuna ağır cəza

13:23 7 May 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları və Premyer Liqanın 27-ci turu ilə bağlı qərarlar qəbul olunub.

 

Azərbaycan Kubokunun yarımfinal final mərhələsinin cavab oyunu  olan “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Oyun başa çatdıqdan sonra “Qarabağ” klubunun 8 №-li futbolçusu Markos Madera aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

 

Oyunun 75-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasının XXVII turunun “Keşlə” – “Zirə” matçında  “Keşlə” klubunun 3 №-li futbolçusu Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasının XXVII turunun “Sumqayıt” – “Sabah” matçında  “Sumqayıt” klubunun 5, “Sabah” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasının XXVII turunun “Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti