Topaz Premyer Liqası və I divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək.
Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqası yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq.
Premyer Liqada sonuncu turun "Neftçi” - "Qarabağ” görüşündən sonra, çempion "Qarabağ”a qızıl, "Neftçi”yə gümüş, "Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi "Bakcell Arena”da gerçəkləşəcək.
I divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, "Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun "Neftçi-2” - "Qaradağ Lökbatan” və "Keşlə-2” - "Zaqatala” görüşlərindən sonra məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.