"Səbail"in futbolçusu Maykl Essyenə təklif var.
Sportarena.az xəbər verir ki, sabiq klubu "Persib Bandunq" qanalı ulduzu geri qaytarmaq istəyir. Bu iddia ilə çıxış edən İndoneziya mətbuatı veteran futbolçunun transfer qiymətinin 500 min avro olduğunu yazıb.
Qeyd edək ki, Essyen "Səbail"lə mart ayında 1.5 illik müqavilə imzalayıb. 37 yaşlı yarımmüdafiəçi cəmi 3 görüşdə 128 dəqiqə mübarizə aparıb. Qanalı futbolçu əvvəllər "Lion", "Çelsi", "Real", "Milan" kimi məşhur klublarda çıxış edib.