16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minsk şəhərində təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, komandamız Farer adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşıb.Görüşdə yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Alina Nəhmədova və Nisrine Zerioul vurub.
U-16 növbəti oyununu mayın 9-da Belarusa qarşı keçirəcək.