"Qarabağ" afrikalı qapıçı transfer edə bilər

18:56 7 May 2019

"Qarabağ" afrikalı qapıçı transfer etmək istəyir.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, Ağdam klubu Cənubi Afrika Respublikası (CAR) millisinn qapıçısı Darren Kiti ilə maraqlanır.

 

Kiti hazırda CAR-ın "Bidvest Vits” klubunda çıxış edir. 30 yaşlı qolkiper klubu ilə başa çatmaqda olan müqaviləsini yeniləmək istəmir və iş yerini dəyişməkdə maraqlıdı. O, ölkə çempionatının son tutunda "Qolden Errouz”a qarşı keçirəcəkləri oyundan sonra komandanı tərk edəcək.

 

Hətta "Bidvest Vits”in baş məşqçisi Qevin Hant onu komandada saxlamağa razı salmaq üçün son 5 oyunda ehtiyatda saxlayıb. Lakin Kiti fikrindən dönməyib. Qolkiperlə "Qarabağ"la yanaşı, CAR-ın "Kayzer Cifs” klubu da maraqlanır. 

 

Qeyd edək ki, Darren Kiti peşəkar karyerasına 2007-ci ildə CAR-ın "Vasko da Qama" klubunda başlayıb və bir il sonra "Bidvest Vits"ə keçib. 2011-ci ildə Belçikanın "Kortriyk" klubu 200 min avroya onu transfer edib. 2016-cı ildə vətəninə dönən qolkiper yenidən "Bidvest Vits"in formasını geyinməyə başlayıb. 30 yaşlı qapıçı cari mövsümdə komandanın heyətində 29 oyun keçirib.O, 2013-cü ildən CAR millisinə dəvət alır.

 

"Qarabağ"ın heyətində hazırda iki qapıçı var. Bunlar milli komandamızın üzvü Şahrudin Məhəmmədəliyev və braziliyalı Vaqner da Silvadı. İslandiya millisinin üzvü Hannes Halldorsson isə bir müddət əvvəl komandanı tərk edib.


Digər xəbərlər

Xəbər xətti