"Səbail" Avropa Liqası oyunları üçün “Dalğa Arena”nı seçdi

17:00 8 May 2019

2019/20 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Səbail” ev oyunlarını keçirmək üçün UEFA-ya sifariş edəcəyi stadionu müəyyənləşdirib. 
 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi ev oyunlarını “Dalğa Arena”da keçirəcək.

 

Aftandil Hacıyevin rəhbərlik etdiyi "Səbail" tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. "Dənizçilər" mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.


Xəbər xətti