"Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino "Ayaks” üzərində 3:2 hesablı səfər qələbəsini şərh edib.
Sportarena.az xəbər verir ki, tarixində ilk dəfə Çempionlar Liqasının finalında oynayacaq İngiltərə təmsilçisinin baş məşqçisi belə deyib:
"Deməyə söz tapmıram. Əla emosialar yaşadıq. Futbola minnətdaram. Mənim oyunçularım qəhrəmanlardı. Hələ ötən il bunun belə olduğunu demişdim. Oyunun ikinci yarısında komandam möhtəşəm oyun sərgilədi. Kənardan izləmək çox xoş idi. Duyğularımı ifadə etmək üçün söz seçə bilmirəm. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Bütün futbolçularımız qəhrəmandı. Moura isə superqəhrəman oldu. İdmanı və futbolu sevdiyimizi isbatladıq. Bizə inanan hər kəsə minnətdaram”.