Avropa Liqası: Bakıda London finalı olacaq - YENİLƏNİB

01:45 10 May 2019

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. 



Sportarena.az xəbər verir ki, keçiriləcək iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçıları müəyyənləşəcək.“Arsenal” İspaniyada “Valensiya”nın qonağı olacaq. Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edəcək.


Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

9 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə)  2-4
İlk oyun – 1:3

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya)  1-1 (Penaltilər seriyası - 4:3)
İlk oyun – 1:1


Digər xəbərlər

Xəbər xətti