"Nələr hiss etdiyimi başa salmaq mümkünsüzdür. Çox xoşbəxtəm. Komanda yoldaşlarımla qürur duyuram. Meydanda əlimizdən gələn hər şeyi etdik, finala layiqik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Tottenhem"in futbolçusu Lukas Moura Çempionlar Liqasının yarımfinalında "Ayaks"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Sözügedən matçda het-trikə imza ataraq komandasına qələbə qazandıran braziliyalı yarımmüdafiəçi, təkcə özünün yox, bütün yoldaşlarının möhtəşəm oynadığını bildirib: "Hər kəs çox çalışdı. "Ayaks"a qarş oynamaq çətin idi, amma komanda yoldaşlarıma inanırdım. Hər matç belə vuruşmalıyıq".
Moura söyləyib ki, finala çıxacaqlarına inanırdılar: "Futbol bizə belə gözəl anları hədiyyə edir. Bundan həzz almaq lazımdır. Bu, mənim həyatımın və karyeramın ən yaxşı anıdır".