Naxçıvan Muxtar Respublikasında 4-cü ənənəvi Heydər Əliyev Kuboku keçiriləcək.
Sportarena.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər İdman Nazirliyi və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə reallaşacaq yarışda 4 komanda iştirak edəcək. Turnirdə ilk dəfə Türkiyə təmsilçisi “Ağrıspor” da oynayacaq. Bundan əlavə MOİK, “Şüvəlan” və “Araz Naxçıvan” komandaları qalib adı uğrunda mübarizə aparacaqlar.
Turnir 20-23 may tarixlərdə reallaşacaq.