UEFA Avropa Liqası finalında “Çelsi” ilə matç üçün Bakıya gələcək “Arsenal” erməni futbolçusu Henrik Mxitaryanı da paytaxtımıza gətirə biləcək.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən “Tass” agentliyinə məlumat verilib.
Bildirilib ki, heç bir problem olmayacaq və AFFA onun gəlişini təsiqləyib: “UEFA-nın qaydalarına görə biz viza almaq üçün tələb göndərə bilərik. Mxitaryanın Bakıdakı finalda iştirak etməsində problem olmayacaq. Artıq bu AFFA tərəfindən təsdiqlənib və bütün təhlükəsizlik tədbirləri görüləcək”.