“Qəbələ” maliyyə hesabatını açıqladı - FOTO

13:59 10 May 2019

Azərbaycan Premyer Liqasının daha bir klubu maliyyə hesabatını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ” 2018-ci il üçün göstəricilərini ictimaiyyətə təqdim edib.Bildirilib ki, bölgə klubunun ötən il ərzində gəlirləri 7 milyon 748 min manat, xərcləri isə 8 milyon 303 min manat təşkil edib.

 

Hesabatda klubun cari və cəmi öhdəlikləri 2 milyon 916 min manat, cəmi kapitalı 10 milyon 754 min manat, cəmi aktivləri isə 13 milyon 670 min manat göstərilib.



Digər xəbərlər

Xəbər xətti