Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Tottenhem"in yarımmüdafiəçisi Lukas Moura bu ada layiq görülüb.
Braziliyalı futbolçu yarımfinalının "Ayaks"la cavab matçında 0:2 geridə olduqları vaxt 3 qol vuraraq komandasını finala yüksəldib.