"InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 27-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu, "Qarabağ”ın hücumçusu Mahir Mədətovdur. Millimizin üzvü "Səbail"lə görüşdə 90 dəqiqə meydanda olub və het-trik edib.
Araşdırmalara əsasən Mahir turun ən yaxşı indeksə malik futbolçusudur.