Azərbaycan I Divizionunda 2018/19 mövsümünün sonuncu oyunu MOİK – “Sabah-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
Sportarena.az xəbər verir ki, Lökbatan Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və başqa rəsmi şəxslər iştirak ediblər. Hələ ötən tur rəsmi olaraq çempionluğu təmin edən MOİK-ə qızıl, “Sumqayıt-2”-yə isə gümüş medallar təqdim edilib. Sonuncu turda 4:1 hesabı ilə “Qaradağ Lökbatan”a qalib gələn “Neftçi-2” bürünc medallara sahib çıxıb.
Lökbatan Olimpiya İdman Kompleksində baş tutan mükafatlandırma mərasimindən fotoları təqdim edirik.