Ramil Şeydayev 90 dəqiqə oynadı, komandası məğlub oldu

15:00 12 May 2019

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" dünən Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Samara təmsilçisi 28-ci turda "Axmat"la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.Meydana start heyətdə çıxan Şeydayev sonadək oynayıb.

 

Qeyd edək ki, "Krılya Sovetov" 28 xalla 13-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti