Hollandiya millisinin sabiq hücumçusu Robin van Persi karyerasını bitirir.
Sportarena.az xəbər verir ki, 36 yaşlı forvard sabah vida matçına çıxacaq.
Qeyd edək ki, Van Persi 2001-2004-cü illərdə də “Feyenoord”da çıxış edib. O, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbaxça”nın da şərəfini qoruyub.