Almaniyanın 2-ci Bundesliqasında 33-cü tur başa çatıb.
Sportarena.az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubu doğma meydanda "Qroyter"lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.Meydana start "11-lik”də çıxan Nazarov 70-ci dəqiqədə oyundan alınıb.
Qeyd edək ki, mövsümün başa çatmasına 1 tur qalmış "Erzgebirge" 40 xalla turnir cədvəlinin 12-ci pilləsindədi.