“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XXVIII turunun ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, bu, “Zirə”nin hücumçusu Xulio Sezar Rodriqesdir. Paraqvaylı futbolçu “Sabah”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Araşdırmalara əsasən, Xulio Sezar Rodriqes turun ən yaxşı indeksə malik futbolçusudur.