Dünya çempionatı başlayır - İlk gündə 1 idmançımız

13:00 15 May 2019

Bu gün Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək.

 

Sportarena.az xəbər verir ki, yığmamız mötəbər yarışda 10 idmançı ilə təmsil olunacaq.İlk gündə millimizin 1 üzvü mübarizə aparacaq. 58 kq çəki dərəcəsində Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.

 

Qeyd edək ki, mayın 19-dək davam edəcək dünya çempionatı zamanı baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun sərəncamında Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (87 kq yuxarı), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) olacaq.


Digər xəbərlər

Xəbər xətti