"Keşlə" komandası kapitanı Slavik Alxasovla müqavilənin müddətini uzadıb.
Klubun mətbuat xidmətindən Sportarena.az-a verilən məlumata görə, 26 yaşlı futbolçu ilə yeni sözləşmə 1+1 şərti ilə imzalanıb.
Qeyd edək ki, "Keşlə"nin kapitanı Kamran Ağayev zədəli olduğu müddətdə "sarğı"nı Slavik Alxasov daşıyıb. O, 2016-cı ildən paytaxt təmsilçisinin şərəfini qoruyur.