İtaliya mətbuatı "Neftçi"nin baş məşqçisi Roberto Bordinin klubdakı taleyi haqda yazıb.
Sportarena.az qol.az–a istinadən xəbər verir ki, italiyalı mütəxəssisin gələcəyi sual altındadır. Onun Bakı klubunda işinə davam etməyinin və ya başqa kluba da keçməyinin mümkün olduğu qeyd olunub. Son mövsümlərdə çalışdırdığı komandalarla uğur qazanan R.Bordinin İtaliya klublarından təklif ala biləcəyi vurğulanıb.
Qeyd edək ki, R.Bordin rəhbərliyi altında "Neftçi" ölkə çempionatının ikinci pillədə tamamlayıb və Avroliqaya vəsiqə qazanıb.