“Qalatasaray” 18-ci dəfə Türkiyə kubokunu apardı - Rəqib boykot etdi

09:15 16 May 2019

Futbol üzrə Türkiyə kubokunun finalında “Qalatasaray” və “Akhisar Bələdiyyəspor” komandaları qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, Sivas şəhərində keçirilən oyunda İstanbul təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək 18-ci dəfə Türkiyə kubokunun sahibi olub.

 

Lakin hakim Suat Arslanboğanın qərarlarını qərəzli hesab edən Ege təmsilçisi oyunun sonunda mükafatlandırma mərasiminə qatılmayıb. Etiraz nümayişi olaraq təkcə qapıçı Fatih kürsüyə çıxıb. Komandanın kapitanı Güray Vural isə matçın hakiminin ünvanına ağır ifadələr işlədib:

 

““Qalatasaray”ı təbrik edirəm. Bizim etirazımız onlara deyil, hakimədir. Bu gün kuboku “Qalatasaray”a hədiyyə etdi. Bizim 8 oyunumuzu idarə etdi və hamısını uduzduq. Allah bəlasını versin”. 

 

Qeyd edək ki, hazırda “Qalatasaray” Türkiyə superliqasında 66 xalla liderdir. “Akhisar Bələdiyyəspor” isə 25 xalla turnir cədvəlinin autsayderidir.



Digər xəbərlər

Xəbər xətti