"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç iş yerini dəyişmək üzrədi.
Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, bu ölkə yığmasının çərçivə qoruyucusu "Ərzurumspor"la vidalaşacaq.
Belə ki, Şehiçin karyerasını "Trabzonspor"da davam etdirməsi gözlənilir. Ərzurum klubu ilə uğursuz mövsüm keçirən 31 yaşlı qolkiperin komandası sona 2 tur qalmış Superliqanı tərk etmək təhlükəsi ilə üzləşib.
Trabzonlular bu keçidlə bağlı qarşı tərəflə danışıqları yekunlaşdırmaq üzrədi. İlkin anlaşmaya görə, Şehiçin transferi ərzurumlulara 2 milyon avro qazandıracaq.
"Ərzurumspor"a ötən ilin yayında "Qarabağ"dan keçən İbrahim Şehiçin Superliqa təmsilçisi ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.