Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, yığmamızın “sükanı arxasına” italiyalı Canni Kaprara keçib. Kaprara yeni vəzifədə səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyəcək. Onun köməkçisi isə Marçello Çervellin olacaq.Baş məşqçinin əsas məqsədi avqustun 2-4-də Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə uğurlu çıxış etməkdir.
Qeyd edək ki, D qrupunda Azərbaycanın rəqibləri Braziliya, Kamerun və Dominikan Respublikasıdır.
Əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi ilə gələn həftə müqavilə bağlanılacaq. (oxu.az)