"Los-Anceles Qelaksi"nin ulduz forvardı Zlatan İbrahimoviç iki oyunluq cəza alıb.
Sportarena.az xəbər verir ki, səbəb 37 yaşlı isveçlinin MLS liqasının son turunda "Nyu-York Siti" ilə görüşdə rəqib qapıçısı ilə aralarında yaşanan insidentdir.İbra komandası 0:2 uduzduğu matçın sonuna yaxın vaxtı uzatmağa çalışan rəqib qolkiper Şon Consonla mübahisə edib. Qapıçı onu itələyib. İbrahimoviç isə rəqibinin boğazından yapışıb.
Qeyd edək ki, Zlatan bu mövsüm MLS-də çıxdığı 10 oyunda rəqib qapıçıları 9 dəfə məyus edib.