"Sumqayıt" "Təbriz"də məskunlaşdı

12:45 18 May 2019

Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" oyunun keçiriləcəyi Naxçıvana yollanıb.

 

Sportarena.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Təbriz" otelində məskunlaşıb.Ayxan Abbasovun yetirmələri bu gün Naxçıvan şəhər stadionunda oyun öncəsi son məşqini keçirəcək.

 

"Sumqayıt" - "Qəbələ" görüşü mayın 19-u, saat 17:00-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti