UEFA “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi

13:30 18 May 2019

UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti  “Arsenal” klubunun Bakıda keçiriləcək  Avropa Liqasının final oyununa dair bəyanatına cavab verib.

 

Sportarena.az xəbər verir ki, mayın 29-da  Azərbaycan paytaxtında “Çelsi” klubu ilə  görüş keçirəcək “Arsenal” komandası azarkeşlərə yalnız 6 min bilet ayrılmasından və Bakıya gəlməyin çətin olacağından narahatdırlar.

 

“Final oyunularının keçirilməsi üçün Bakı şəhəri seçilərkən Londonun iki komandasının finala qalacağını gözləmirdik. Şübhəsiz ki, bu azarkeşlər üçün müəyyən logistika çətinlikləri yaradıb.  UEFA  hər iki komandanın azarkeşlərinin Bakıya səfərlə bağlı qarşılaşdığı problemlərə görə təəssüflənir. Bizim mütəxəssislərimiz aktiv şəkildə işləyirlər və fanatlar üçün daha uyğun həll yolları tapmağa çalışırlar. Bu məsələdə sizin klubla birgə səyləri qiymətləndirərdik”.

 

Həmçinin UEFA rəsmisinin məktubunda azarkleşlərə hansı səbəbə 6 min bilet ayrılması məsələsinə aydınlıq gətirilib.

 

“Biz kvotanı müəyyənləşdirərkən  arenanın tutumuna deyil, hər iki komandanın səfər oyunları zamanı onları müşayiət etmiş azarkeşlərinin sayına əsaslandıq. Kvotanı proporsional şəkildə müəyyənləşdirmək düzgün olmazdı”.


Digər xəbərlər

Xəbər xətti