Legioner Kamran Quliyevin "Neftçi"dən getməsinə səs verdi

16:59 18 May 2019

"Neftçi”ni bu qış tərk edən Slavko Braliç klub prezidenti Kamran Quliyevin "kreslonu boşaltmasını" istəyir.



Sportarena.az xəbər verir ki, 27 yaşlı xorvat "Neftçi”nin azarkeş qruplarından birinin sorğusuna qoşulub. Fanatların feysbukda Kamran Quliyevin klubda qalıb-qalmaması ilə bağlı səsverməsinə qatılan Braliç indiki başqanın postundan ayrılmasına səs verib.
 

Ötən ilin yayında "Neftçi”yə keçən arxa xətt oyunçusu bu ilin yanvarından Yunanıstanın AEK klubunda top qovur.  


Digər xəbərlər

Xəbər xətti