Azərbaycan kubokunun qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçirilən həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.Bu, "Sumqayıt"ın ilk finalı olub. "Qəbələ" isə indiyədək 3 dəfə final həyəcanı yaşasa da, hamısında uduzmuşdu. "Qırmızı-qaralar" sindormu qıra bilib. Rəqibini minimal hesabla məğlub edən "Qəbələ" tarixində ilk titulunu əldə edib.
Bununla da, əyalət təmsilçisi Azərbaycanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb.
19 may (bazar)
Azərbaycan kuboku, final
17:00 “Qəbələ” - “Sumqayıt” - 1:0
Qol: Stiven-Jozef Monroz, 4
Qırmızı vərəqə: Cavid Tağıyev, 90+5 ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası Stadionu