Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klublar müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Qarabağ” UEFA Çempionlar Liqası, “Neftçi”, “Səbail” və "Qəbələ" UEFA Avropa Liqasında mübarizə aparacaq.
"Sumqayıt"ı ölkə kubokunun finalında 1:0 hesabı ilə məğlub edən "Qəbələ" ardıcıl altıncı dəfə Avropa Liqasında çıxış edəcək. Bölgə klubu iki dəfə bu turnirin qrup mərhələsinidə oynayıb.
Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.