"Qarabağ"da yeni müqavilə qeydə alınıb.
Sportarena.az xəbər verir ki, Ağdam klubu qapıçısı Şahrudin Məhəmmədəliyevlə başa çatan müqaviləni uzadıb. 24 yaşlı əlcək sahibi "köhlən atlar"la 2022-ci ilin yayına qədər müqavilə bağlayıb.
Şahrudin 2016-cı ilin yanvarında "Sumqayıt"dan "Qarabağ"a keçib. Azərbaycan millisinin üzvü cari mövsüm 12 oyunda ağdamlıların çərçivəsini qoruyub.
"Qarabağ" daha öncə kapitan Rəşad Sadıqovla müqaviləni 1 il uzatmışdı. Con Delarj, Reynaldo, Yakub Jezniçak və İnnosent Emeqara ilə yollar ayrılıb.